“Mənim üçün danışmaq asan olmayan bir gündür bu gün” – Qurban Qurbanov
UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Nant” oyunundan öncə mətbuat konfransı baş tutub.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
“Mənim üçün danışmaq asan olmayan bir gündür bu gün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əfsuslar olsun ki, yenə də gənc övladlarımız canlarından keçiblər. Allah ailələrinə səbr versin.
Oyun haqqında çox da fikir bildirmək istəmirəm. Rəqibi analiz etmişik”.
Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin