“Mənim üçün əsas nəticədir” – Millinin baş məşqçisi
Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Semyon Çterev Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatı ilə bağlı jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis hazırlığın yaxşı davam etdiyini bildirib:
“Artıq 10 gündür ki, Bakıdayıq. Hələlik burada məşqlərə davam edirik”
Çterev Avropa çempionatındakı hədəfləri barədə də danışıb:
“Mənim üçün əsas nəticədir. Mümkün qədər ən yaxşı şəkildə çıxış etmək istəyirik. Mariya Stadnik, Elis Manolova kimi böyük təcrübəyə malik idmançılarımız var. Həmçinin, gənclərə də inanıram. Bizim çox yaxşı gənc güləşçilərimiz var. Fikrimcə, onlar da Avropa çempionatından medalla qayıda bilərlər. İdmanda hər zaman zədə olur. Amma indi zədə yox, qitə birinciliyi barədə düşünürük”.
Avropa çempionatı 17-23 apreldə keçiriləcək.
Bizi Facebook-da izləyin