“Mən gülən məşqçi deyiləm”
“Milan”ın yeni baş məşqçisi Serjio Konseysao komandadakı fəaliyyətindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sərt məşqçi olduğunu etiraf edib:
“Bəzən oyunçuların xoş sözə ehtiyacı olur, amma bəzən sərtlik tələb olunur. Düzünü desəm, ən xoş məşqçi deyiləm. Futbolçuları qucaqlayıb, sevindirməyi sevənlərdən deyiləm. Hər şeydən çox, mən əsəbiləşirəm. Şadam ki, komanda mesajımı başa düşdü. Mən gülən məşqçi və dostluq etmək üçün burada deyiləm. Mən bura qalib gəlmək üçün gəlmişəm”.
“Milan” dünən İtaliya superkubokunun yarımfinal oyununda “Yuventus” üzərində qələbə qazanıb (2:1). Bu matç Konseysaonun komandadakı debüt oyunu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin