
Flik: “Mən “Barselona”da işləməkdən çox zövq alıram”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletiko” üzərində əzmkar qələbədən (4:2) sonra jurnalistlərə açıqlama verib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu klubda işləməkdən zövq aldığını deyib:
“Biz hamımız bir ailə kimiyik, bu mənim üçün çox şey deməkdir. Fantastik bir şeydir. Mən burada işləməkdən çox zövq alıram”.
Madridlilər əsas vaxtın bitməsinə 18 dəqiqə qalmış 2:0 öndə olsalar da, oyunun son hissəsində kataloniyalıların güclü təzyiqi qarşısında tab gətirə bilməyiblər. Robert Levandovski, Ferran Torres (iki dəfə) və Lamin Yamal fərqlənib.
“Barselona” 27 turdan sonra 60 xalla La Liqanın turnir cədvəlində “Real”la bir-ikinci yerləri bölüşür. Kataloniyalıların ehtiyatda bir oyunu var.
Bizi Facebook-da izləyin



