“Mən artıq əvvəlki Mbappe deyiləm”

“Real”ın hücumçusu Kilian Mbappe öz oyunundakı dəyişikliklər barədə fikirlərini bölüşüb.

Fransalı forvard 2024-cü ilin yayından Madrid klubunun şərəfini qoruyur. O, daha əvvəl “Monako” və PSJ komandalarında çıxış edib.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu çox şey öyrəndiyini söyləyib:

“Son beş ildə dəyişmişəmmi? Ümid edirəm ki, bəli. Bu, hər futbolçu üçün təbii prosesdir. Daim inkişaf etməlisən. Yerində sayırsansa, bu, yaxşı hal deyil. Mən çox şey öyrəndim, insan kimi də böyüdüm – etdiyim səhvlər sayəsində. Dəyişikliklər, xüsusilə, müsbət olanlar, həmişə vacibdir. Mən artıq əvvəlki Mbappe deyiləm”.

Mbappe cari mövsümdə “Real”ın heyətində 13 oyunda 16 qol vurub. Onun komandası hazırda La Liqada 27 xalla turnir cədvəlinin lideridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button