“Mən ondan çox şey tələb edirəm” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Şerif”lə oyununda (3:0) braziliyalı hücumçu Antoninin fintini şərh edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı baş məşqçi, Antonidən çox şey tələb etdiyini deyib:

“Antoni faydalıdırsa, mənim heç bir problemim yoxdur. Mən ondan çox şey tələb edirəm: daha çox açılmasını, dar yerlərdə daha çox hərəkət. Belə bir fint faydalı olduqda gözəldir. Topu itirməmisənsə, yaxşısan. Ancaq bu, fint etmək naminədirsə, mən düzəlişlər edəcəm”.

22 yaşlı futbolçu oyunun ilk yarısında öz oxu ətrafında iki dəfə 360 dərəcə dönüb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button