“Mənə xəyanət edildi” – Ronaldo
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Erik ten Haqla münasibətindən danışıb.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb:
“Mançester Yunayted” məni zorla klubdan qovmağa çalışırdı. Sadəcə baş məşqçi yox, klubda olan digərləri də. Klub tərəfindən mənə xəyanət edildi.
Bəziləri məni “Mançester Yunayted”də görmək istəmir, bu təkcə bu mövsüm deyil, ötən mövsümdə də belə idi. Erik ten Haqa heç bir hörmətim, sayğım qalmadı. Çünki o mənə hörmət etmir”.
37 yaşlı portuqaliyalı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin