![](https://komanda.az/wp-content/uploads/2024/07/eb3268ed-04d7-3dc6-a445-fb9d6817ae86_850-780x470.jpg)
Məmmədova Avropa çempionu oldu
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, bu gün qadın güləşində 5 çəkidə medalçılar müəyyənləşib.
Elvina Kərimzadə (50 kq) təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmandan güclü olub – 3:6. Ancaq bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Roberta Luostarinenə uduzub – 0:10.
Nərgiz Səmədova (55 kq) təsəlliverici görüşdə polşalı Nikola Vişnievskanı “tuş”la mübarizədən kənarlaşdırıb. Həmyerlimiz üçüncü yer uğrunda həlledici qarşılaşmada rusiyalı Yekaterina Çikanovaya məğlub olub – 1:8.
Ruzanna Məmmədova (59 kq) finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbəylə Avropa çempionu olub.
Fatimə İsayeva (68 kq) təsəlliverici görüşdə polşalı Karolina Domaşuka müqavimət göstərə bilməyib – 0:10.
Bizi Facebook-da izləyin