Məhəmməd Abdullayev də Olimpiadaya lisenziya qazandı

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb.

Komanda.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Məhəmməd Abdullayev bu uğura imza atıb.

Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. +91 kq çəki dərəcəsində mübarizə aparan boksçu ukraynalı Tsotne Roqavanı məğlub edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button