Məhəmmədəliyev 4 aydan sonra geri dönür

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu “köhlən atlar”ın “Qəbələ”yə qarşı keçirəcəyi Azərbaycan kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.

Oyun saat 16:00-da start götürəcək.

Qolkiper cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Premyer Liqanın 1-ci turunda “Araz-Naxçıvan”a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button