“Məqsədimiz PSJ-yə rəqib olmaqdır”

“Marsel”in baş məşqçisi Roberto de Zerbi Fransa çempionatı başlamazdan əvvəl hədəfini bölüşüb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı məqsədlərinin PSJ-yə rəqib olmaq olduğunu bildirib:

“Məqsədimiz PSJ-yə rəqib olmaqdır”.

Sabah “Marsel” Liqa 1-in ilk turunun matçında səfərdə “Brest”lə qarşılaşacaq. İtaliyalı mütəxəssis üçün bu, komandanın başında ilk rəsmi matçdır.

Roberto de Zerbi bu yaydan “Marsel”i çalışdırır. O, əvvəllər iki ilə yaxın “Braytona” rəhbərlik edib.

“Marsel” ötən mövsüm Liqa 1-i 8-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button