“Messi üçün nəsə edə bilmişəmsə…” – Luis Enrike

İspaniya millisinin baş məşqçisi Luis Enrike PSJ-nin hücumçusu Lionel Messinin onu tərifləməsinə münasibət bildirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu karyerasının ən yaxşı dönəmini məhz ispaniyalı mütəxəssis “Barselona”da olan dövrdə yaşadığını deyib. Enrike bu barədə bunları söyləyib:

“Bizim çox yaxşı münasibətimiz var. Leo unikal oyunçudur.

Güclü xarakterə malik iki insan da səhv edə bilər. Mən həmişə bu haqda danışmışam. Onun üçün nəsə edə bilmişəmsə, deməli, məqsədimə çatmışam”.

35 yaşlı forvard 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Messi 10 dəfə İspaniya çempionatının, 7 dəfə İspaniya kubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının və 3 dəfə UEFA superubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button