Niderlandlı futbolçu “Mançester Yunayted”i seçməsinin səbəbini açıqladı

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze niyə İngiltərə klubuna keçmək qərarına gəldiyini açıqlayıb.

Komanda.az “manutd.one”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu “Mançester Yunayted”in onun üçün dünyanın ən böyük klubu olduğunu bildirib:

“Mən niyə “Mançester Yunayted”ə keçdim? Bəziləri üçün bu, çılğın görünə bilər, amma mənim üçün bu, dünyanın ən böyük klubudur. Ona görə də, düzünü desəm, seçim etmək çətin deyildi”.

“Mançester Yunayted” iyulun 14-də “Bolonya”dan Zirkzenin transferini elan edib. Forvard İngiltərə klubu ilə 2029-cu ilin yayına qədər olan müqavilə imzalayıb. Zirkze 2022-ci ilin yayından “Bolonya”da çıxış edirdi.

23 yaşlı futbolçu Premyer Liqanın 1-ci turunun “Fulhem”lə görüşündə (1:0), debüt oyununda komandasına qələbə qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button