“Mən yaxşıyam!” – “Barselona”nın Fatisi
“Barselona”nın hücumameylli yarımmüdafiəçisi Ansu Fati zədədən sonrakı vəziyyəti haqqında danışıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, özünü yaxşı hiss etdiyini deyib:
“Mənim zədələrim? Bu keçmişdə qalıb. İndi özümü yaxşı hiss edirəm. Mən yaxşıyam!”
Keçən mövsüm dizindən zədə alan Fati uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.
Bu mövsüm ispaniyalı futbolçunun hesabında 3 qol və 3 məhsuldar ötürmə var.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin