“Mən xoşbəxtəm ki, o, bizimlədir” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel Joao Kanselo haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gələcəkdə portuqaliyalı futbolçuya ehtiyac duyacaqlarını bildirib:
“Joao usta futbolçudur. Hər iki ayağını işlədə bilir. Ötürmələr etməyi bacarır. Mən xoşbəxtəm ki, o, bizimlədir. Gələcəkdə ona ehtiyacımız olacaq. Kanselo yüksək səviyyədə oynamağa qadirdir”.
“Mançester Siti”yə məxsus olan müdafiəçi icarə əsasında Münhen klubunda çıxış edir. Müqavilədə futbolçunun 70 milyon avroya alınması bəndi var. Öncədən Bundesliqa təmsilçisinin 28 yaşlı oyunçunu “Mançester Siti”dən həmin məbləğə transfer etməyəcəyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin