Məhkəməni uduzdu – 250 milyon avronu qaytarmalıdır
“İnter”in prezidenti Stiven Çanq kreditorlara qarşı məhkəmə çəkişməsini uduzub.
Komanda.az xəbər verir ki, o, 250 milyon avro zərər görəcək.
Ötən ilin avqustunda kreditorlar zəmanət verilmiş kreditin və ödənilməmiş istiqrazın məbləğini geri almaq üçün “İnter”in prezidentini məhkəməyə veriblər. Sonradan Çanq əməliyyatın onun adından edildiyini inkar etməyə başladı və kreditorları yalan danışmaqda, şantaj etməkdə ittiham edərək, iddia qaldırdı.
Sənədlərdə göstərilir ki, 2020-ci ildə “China Construction Bank (Asia) Corporation Limited”lə bütövlükdə Çanqa məxsus olan “Great Matrix Ltd” şirkəti arasında bağlanmış sövdələşməyə görə, klub prezidenti 250 milyon avro məbləğində vəsaitin geri qaytarılmasına zəmanət verib.
Lakin proses zamanı Çanq zəmanət sənədlərindəki imzaların saxta olduğunu və bu barədə heç bir məlumatının olmadığını bildirib. Məhkəmə isə qərara gəlib şəxsi zəmanətlərini verildiyi ilk kredit prosesində onun iştirak etdiyinə şübhə yoxdur və iş adamının vəsaitlərin qaytarılmasından uzaqlaşmaq cəhdi əsassızdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin