“Məğlubiyyəti qəbul etmək çətindir” – Deşam
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin finalında Argentinaya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, penaltilər seriyasında 2:4 hesabı ilə uduzduqları oyundan (3:3) sonra bunları söyləyib:
“Məyusluq çox böyükdür. Turnirdən əvvəl və turnir ərzində asan deyildi. Lakin bu, bəhanə deyil. Bu dünya çempionatı heyət və oyunçular üçün əsl xoşbəxtlik idi.
İlk 60 dəqiqə ərzində heç nəyi düzgün etmədik. Keyfiyyət və cəsarətlə hər şeyi bərabərləşdirdik. Əlimizdən gəldiyi qədər çalışdıq. Penaltilərə qədər oyunu apardıq. Çox böyük çətinlikləri aşdıq. Son 4 gündə bir çox problemimiz oldu. Xəstəliklər bizə çox təsir etdi. Məğlubiyyəti qəbul etmək çətindir. Daha əvvəl dünya çempionu olmuşduq, amma bu uğuru təkrarlamaq asan deyildi. Yekunda kuboku qazana bilmədik”.
Fransalı mütəxəssis millidəki gələcəyi haqda da danışıb:
“2023-cü ilin əvvəlində Fransa Futbol Federasiyasının prezidenti ilə görüşüm olacaq. Onunla bu məsələni müzakirə edəcəyik. Qalib gəlsək də, eyni şeyi deyərdim. Bu məsələ vaxt tələb edir”.
Bizi Facebook-da izləyin