Luninin “Real”dan tələbi

“Real”ın qapıçısı Andrey Lunin hələ də klubla yeni müqavilə imzalamaq barədə razılığa gələ bilmir.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ukraynalı futbolçu Madrid klubunun rəhbərliyinə tələb irəli sürüb. Lunin, Tibo Kurtua meydana qayıtdıqdan sonra sabit oyun təcrübəsi alacağına zəmanət istəyir. “Real” razılaşsa, qolkiper vaxtı 2029-cu ilə qədər olan müqavilə imzalayacaq.

Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatır. Luninin mümkün gedişi halında, “Real” onun yerinə ispaniyalı qapıçı Kepa Arrizabalaqanı heyətinə qata bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button