“Real”da qalmaq istərdim” – Ukraynalı qapıçı
“Real”ın və Ukrayna millisinin qapıçısı Andrey Lunin “kral klubu”ndakı gələcəyindən danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bütün fikrinin Ukrayna millisində cəmləndiyini bildirib:
“Karyeramı “Real”da davam etdirmək istəyirəm? Mən indi Ukrayna millisinin sərəncamındayam. Bütün fikrim milli komandanın üzərində cəmlənib. Digər məsələ üçün agentim var. Həyatda bundan sonra nə olacağını heç vaxt bilmirsən. Amma mən “Real”da qalmaq istərdim”.
Lunin ötən mövsüm “kral klubu”nun heyətində 31 matçda iştirak edib. Tərəflər arasındakı müqavilə 2025-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin