PSJ almana tapşırıla bilər
Almaniyalı mütəxəssis Yoahim Löv PSJ-nin baş məşqçisi ola bilər.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Almaniya millisinin sabiq baş məşqçisi yenidən klubda işləməkdə maraqlıdır. Maurisio Poçettino komandadan ayrılsa, Löv Paris təmsilçisinə rəhbərlik edə bilər.
61 yaşlı məşqçi 2006-2021-ci illərdə Almaniya millisinə rəhbərlik edib. O, milli komanda ilə dünya çempionatının və Konfederasiyalar Kubokunun kubokunu qazanıb, Avropa çempionatının gümüş, Avropa və dünya çempionatlarının bürünc mükafatçısı olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin