İddia: “Liverpul” “Sportinq”in baş məşqçisi ilə anlaşıb
“Liverpul” klubu “Sportinq”in baş məşqçisi Ruben Amorimlə şifahi razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ona 2027-ci ilin yayına qədər müqavilə təklif edən Mersisayd klubuna keçmək istəyir.
Hazırda “Liverpul” “Sportinq”lə danışıqlar aparır.
Amorimin Lissabon klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Daha əvvəl məlumat yayılmışdı ki, hansısa xarici klub 39 yaşlı mütəxəssisi 2024-cü ilin yayında işə dəvət etmək istəsə, o, təzminat olaraq Portuqaliya klubuna 20 milyon avro ödəməli olacaq.
Amorim 2020-ci ilin martından “Sportinq”i çalışdırır. Onun rəhbərliyi altında komanda Portuqaliya çempionatının (2020/21), ölkə kubokunun (2020/21, 2021/22) və Portuqaliya superkubokunun (2021/22) qalibi olub.
Bizi Facebook-da izləyin