“Liverpul”un müdafiə xətti üçün planı
“Leyptsiq”in müdafiəçisi Yoşko Qvardiol “Liverpul”un hədəfindədir.
Komanda.az “Express”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi yayda müdafiənin mərkəzini gücləndirmək niyyətindədir. Bu səbəbdən, onlar xorvatiyalı futbolçunu transfer etməyi düşünürlər.
Öncədən Mersisayd təmsilçisi Qvardiolu qiyməti çox baha olduğu üçün transfer etməkdən vaz keçmişdi.
21 yaşlı oyunçu 2021-ci ilin yayından Almaniya klubunda çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Qvardiol cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb və üç qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin