“Mayın ortalarında fərdi məşqlərə başlayacağıq”
“Liverpul”un futbolçusu Pedro Çirivelya açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin U-23 komandasının üzvü olan yarımmüdafiəçi, koronavirusa görə dayandırılan Premyer Liqanın iyunda başlayacağını deyib:
“Mayın ortalarında fərdi məşqlərə başlayacağıq. Sonra 3-4 həftə komandayla birgə məşq edəcəyik. İyunun əvvəllərində də liqaya qaldığımız yerdən davam edə bilərik”.
2013-cü ildən “Liverpul”da çıxış edən 22 yaşlı Pedro, bu mövsüm əsas komandayla 6 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin