“Bu hekayəyə son verdiyim üçün kədərliyəm” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp PSJ-dən Kilian Mbappeni transfer etmək istədikləriylə bağlı yayılan xəbərlərə münasibətini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan alman mütəxəssis, Mbappeni almaq imkanlarının olmadığını deyib:

“Hazırda Mbappeni PSJ-dən ala biləcək bir klub görmürəm. Biz də bunlardan biriyik, bu qədər sadə.

Mbappeni transfer etməmək üçün bir səbəb yoxdur, sadəcə puldan başqa. Onun transfer məbləğini fikirləşsək, heç şansımız yoxdur. Bu hekayəyə son verdiyim üçün kədərliyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button