“İlk hissə bitəndə çox sevindim” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 7-ci turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 2:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Şükürlər olsun ki, futbol iki hissədən ibarətdir. İkinci hissədən çox razıyam, amma ilk hissə haqda bunları deyə bilmərəm. İlk hissədə çoxlu səhvlər etdik. Oyuna girə bilmədik. Çox pis idik, demək olar ki, futbol oynamırdıq. İlk hissə bitəndə çox sevindim. İkinci hissə isə tamam fərqli oldu. Komandamın oyunundan razı qaldım”.
Klopp “Mançester Siti”nin bir neçə müdafiəçisini aldadıb, baxımlı qol vuran Məhəmməd Salahla bağlı da danışıb:
“Bu, Salahın ilk belə qolu deyil. Daha əvvəl “Napoli” və “Tottenhem”ə qarşı da belə qol vurub. O, üst səviyyəli bir oyunçudur”.
Bizi Facebook-da izləyin