Klopp koronavirusdan sağaldı: “Bu, peyvəndin sayəsində oldu”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp koronavirusdan sağalıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə alman mütəxəssis özü açıqlama verib. O, hazırda özünü yaxşı hiss etdiyini söyləyib:
“Bunu deyə bilərəm ki, yaxşıyam və işimə qayıtmaq üçün səbirsizlənirəm. Koronavirusa qarşı peyvənd olduğum üçün xəstəliyi çətin keçirmədim. Tanrıya çox şükür. Əvvəlcə özümü yaxşı hiss etməsəm də, vəziyyət düzəldi. Bu, peyvəndin sayəsində oldu. Peyvəndin bir neçə dozasını qəbul etmişəm və bu, sağalmağıma kömək oldu”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin