“Bu mövsüm elə bil iki il davam etdi” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, Premyer Liqanı 3-cü sırada bitirmələri ilə bağlı fikirlərini bildirib:
“Futbolçularımın son 10-15 oyunda etdiklərinə görə qürurluyam. Uğursuzluğa yaxşı reaksiya verdilər və son 10 oyunun səkkizində qələbə qazandıq, ikisində heç-heçə etdik. Bu, çox təsirlidir.
Mövsümün ən pis anını seçmək istəmirəm. Çünki digər pis anlara haqsızlıq olar. Bu mövsüm elə bil iki il davam etdi. Çempionatı üçüncü sırada bitirməyimiz inanılmazdır. Son oyunlarda yaxşı geridönüş etdik. İndi istirahət etməliyəm, sonra yeni mövsümün hazırlıqlarına başlayacağıq”.
“Liverpul” Premyer Liqada bu mövsümü 69 xalla 3-cü sırada bitirib.
Bizi Facebook-da izləyin