“Çempionlar Liqasına vəsiqə qazanacağımıza əmin deyiləm” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq şansını dəyərləndirib:
“Çempionlar Liqasına vəsiqə qazanacağımıza əmin deyiləm. Lakin hər fürsətdən istifadə etməyə çalışacağıq. Mövsüm ərzində çoxlu zədəlilərimiz oldu və bu işi həll edə bilmədik. Bəlkə də, insanlar bunu bəhanə kimi qəbul edəcəklər. Ancaq bütün müdafiəni itirdiyiniz zaman çox çətin olur. Əvvəlcə müdafiədə, sonra yarımmüdafiədəki futbolçular zədələndi. Buna baxmayaraq, sona qədər mübarizə aparacağıq və şansımızdan yararlanmağa çalışacağıq”.
“Liverpul” Premyer Liqada 7-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin