“Belə oyundan sonra bu kimin vecinədir?” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunda “Arsenal”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, matçda çoxlu səhvlər etdiklərini deyib:
“Çox sadə səhvlər etdik və bəzi məqamlarda çox açıq oynadıq. Taktika haqda danışa bilərik, ancaq belə oyundan sonra bu kimin vecinədir?
Ümid edirəm ki, meydandakı oyunçular uzun müddət bu oyunu xatırlayar. Həqiqətən, inanılmaz idi. Ancaq oyunda bir müddət keçdikdən sonra futbolçularımın meydanda nə etdiyini başa düşə bilmədim”.
İngiltərə Liqa kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Liverpul” – “Arsenal” matçında tərəflər hərəyə 5 qol vurduğundan, qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq olan “Liverpul” 1/4 finala yüksəlib.
Bizi Facebook-da izləyin