“Liverpul”un yolu hər zaman çətin olub” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, İtaliyanın “İnter” komandasına rəqib olmaları haqda bunları söyləyib:
“Daha əvvəl “San Siro”da oynamaq üçün 54 il gözləmişdim. Amma artıq üç ayda iki dəfə burda olacam. Bu, çox yaxşı xəbərdir. Hər şey qaydasındadır.
“İnter” hazırda İtaliya çempionatının lideridir. Bizimlə oyun fevralda olacaq və görək, onda vəziyyət necə olacaq. “Liverpul”un yolu hər zaman çətin olub. “İnter” Çempionlar Liqasının 1/8 finalına yaraşan rəqib oldu. Oyunları səbirsizliklə gözləyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin