“Liverpul”dan onlayn məşqlərə gecikənlərə cərimə

“Liverpul”un baş məşqçisi Yurgen Klopp koronavirus pandemiyasına görə tətbiq olunan karantinlə əlaqədar evlərində olan futbolçulara keçdiyi onlayn məşqlərdən, hətta onlara kəsdikləri cəzalardan danışıb.

Komanda.az xəbər verir ki, almaniyalı mütəxəssis Premyer Liqa təmsilçisinin rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Koronavirusdan sonra biz fərqli təcrübələr toplamağa başlamışıq. Bunlardan biri də şübhəsiz ki, onlayn məşqlərdi. Bu cür məşqlərdən zövq alıram. Onlayn məşqləri bu dərəcədə sevəcəyimi təxmin belə edə bilməzdim. Futbolçuları gördüyüm andan etibarən, məşqimiz bir, hətta iki saat sürsə belə, hər şey dəyişir. Onlayn məşqlərə gec qatılan oyunçulara pul cəzası da nəzərdə tutulub. Hər gün saat 10:00-da məşqə başlayırıq. Məşqlərə həmişə vaxtında qatılmaq önəmlidi. Çüki kimsə məşqə geciksə, cərimə olunur”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün geridə qalan 29 turu ərzində 82 xal toplamış “Liverpul” zirvədə qərarlaşıb. Bu komandanın ən yaxın izləyicisi “Mançester Siti” isə liderdən 25 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button