“Liverpul”dan 23 yaşlı futbolçuya yeni müqavilə

İngiltərənin “Liverpul” klubu belçikalı futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Divok Origiyə yeni müqavilə təklif edəcək. Baş məşqçi Yurgen Klopp, keçən mövsümü icarə əsasında “Volfsburq” klubunda keçirən 23 yaşlı futbolçudan məmnundur.

Qış transfer dövründə “Fulhem” belçikalı futbolçu üçün “qırmızılar”a 15 milyon avro təklif etsə də, bu transfer baş tutmamışdı.

2014-cü ildə “Lill”dən “Liverpul”a transfer olunan futbolçunun klubla hazırkı müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button