“Liverpul”da ilk ayrılıq – rəsmi
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Pedro Çirivelya karyerasını Fransada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu “Nant”a transfer olunacaq. Bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb.
“Qırmızılar”la müqaviləsi başa çatan Çirivelya bu ayın sonunda Fransa klubuna qoşulacaq.
İspan futbolçu, 2015-ci ildən “Liverpul”un müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin