“Liverpul”da ayrılıq – RƏSMİ
İngiltərənin “Liverpul” klubu müdafiəçisi Nataniel Klayn ilə yollarını ayırmağa qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq futbolçu ilə yeni anlaşma imzalamağa ehtiyac duymayıb.
İngiltərə yığmasının da üzvü olan Klayn “Liverpul”da 2015-ci ildən çıxış edirdi. 29 yaşlı futbolçu karyerası ərzində “Kristal Pelas”, “Sauthempton” və “Bornmut”da da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin