
“Liverpul”un Virts üçün neçə milyon avro ödəyəcəyi bəllidir
“Liverpul” Leverkuzen “Bayer”ində çıxış edən Florian Virtsin transferi ilə bağlı bütün detalları razılaşdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, transferin ümumi dəyəri 117 və əlavə 18,7 milyon avro bonus təşkil edir.
Razılaşmaya əsasən, 100 milyon funt-sterlinq məbləğində əsas ödəniş və 16 milyon funt-sterlinq bonus nəzərdə tutulur. Bonusların çox hissəsi “Liverpul”un böyük titullar qazanması və həmin vaxtda Virtsin komandada olması ilə bağlıdır.
22 yaşlı Virts 2024/25 mövsümündə Almaniya Bundesliqasında 31 oyunda iştirak edərək 10 qol vurub və 12 məhsuldar ötürmə verib. O, UEFA Çempionlar Liqasında isə 9 oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin