“Liverpul” tarixində yeni rekord
İngiltərə Premyer Liqasının 24-cü turunun “Liverpul” – “Bernli” oyununda (3:1) rekord qeydə alınıb.
Komanda.az xəbər verir ki, sözügedən görüş üçün “Enfild” stadionuna 59 896 tamaşaçı toplaşıb. Bu isə “Liverpul” tarixinin rekordu deməkdir. Daha əvvəl komandanın Premyer Liqadakı heç bir matçını bu qədər azarkeş izləməyib.
İndiyədək rekord göstərici 58 757 nəfər azarkeş idi. Bu, 1949-cu ilin dekabrında qeydə alınıb.
Rekord “Liverpul”un ev stadionunun genişləndirilməsi sayəsində mümkün olub. Hazırda “Enfild”in tutumunun artırılması orta mərhələdədir, bütün işlər başa çatdıqdan sonra arena 61 min nəfərə qədər azarkeş tuta biləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin