“Liverpul” “Real”ı məğlub edəndə “Barselona” çempion olur?
UEFA Çempionlar Liqasının 5-ci turunda “Liverpul” doğma meydanda “Real”ı 2:0 hesabı ilə məğlub edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, işin maraqlı tərəfi odur ki, “Liverpul” sonuncu dəfə “Real”ı məğlub edəndə “Barselona” Çempionlar Liqasının qalibi olmuşdu. Bu, 2009-cu ildə baş verib.
O vaxtdan bəri mersisaydlılar 9 dəfə “Real”la qarşılaşıb. Bu müddətdə “Liverpul” 7 məğlubiyyət alıb, 1 heç-heçə edib və 1 qələbə qazanıb. “Real” Çempionlar Liqasının finalında (2018, 2022) İngiltərə klubunu iki dəfə məğlub edib.
Arne Slotun yetirmələri Çempionlar Liqasının 5 turundan sonra 15 xalla 1-ci pillədə qərarlaşıb. “Real” 6 xalla 24-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin