
İngiltərə klubu Rafinya ilə maraqlanır
“Liverpul” yayda klubdan ayrılacağı gözlənilən Məhəmməd Salahın yerinə potensial oyunçu axtarır.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “qırmızılar” “Barselona”nın vingeri Rafinya Diasla maraqlanır. Kataloniya klubu braziliyalı futbolçu üçün 100 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazır olacaq.
Daha əvvəl mətbuatda müqaviləsi bu ilin iyun ayına kimi qüvvədə olan Salahın nəhayət ki, karyerasını “Liverpul”da davam etdirməmək qərarına gəldiyi barədə məlumat yayılmışdı.
Rafinya bu mövsüm “Barselona”nın heyətində 38 matçda meydana çıxıb, 24 qol vurub və 18 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



