“Liverpul” rekordunu təkrarladı
“Liverpul” İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində doğma meydanda “Arsenal”a 3:1 hesabıyla qalib gəlib.
Komanda.az xəbər verir ki, bu qələbə Yurgen Kloppun çalışdırdığı meydan sahibləri üçün əlamətdar olub.
Belə ki, “Liverpul” ötən mövsüm də nəzərə alınmaqla ardıcıl 12-ci qələbəsini qazanıb. Bununla da sözügedən kollektiv öz rekordunu təkrarlamış olub.
Bu komanda 1990/91 mövsümündə də ardıcıl 12 çempionat oyunundan qalib ayrılmışdı.
“Liverpul” Premyer Liqanın 4-cü turunda səfərdə “Bernli” ilə üz-üzə gələcək. Bu qarşılaşma avqustun 31-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin