“Liverpul”un hədəfindədir – “Real”ın 2 futbolçusu

“Real”ın iki futbolçusu İngiltərə Premyer Liqasının nəhənglərindən birinin maraq dairəsindədir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Liverpul” braziliyalı hücumçu Rodriqo və fransalı yarımmüdafiəçi Orelyen Tçuameni ilə güclənmək istəyir. Birincinin mümkün transferinin məbləği 90, ikincinin isə 80 milyon avro dəyərində qiymətləndirilir.

23 yaşlı Rodriqo İspaniya çempionatının cari mövsümündə 7 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib. 24 yaşı olan Tçuameni isə 6 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button