“Liverpul” “Mançester Siti”ni məğlub edərək finala yüksəldi
Futbol üzrə İngiltərə kubokunda ilk finalçı bəlli olub.
Komanda.az xəbər verir ki, “Liverpul” yarımfinalda “Mançester Siti” ilə üz-üzə gəlib.
“Uembli” stadionunda baş tutan qarşılaşma Mersisayd təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə “Liverpul” ilk finalçı olub.
Digər yarımfinal oyunu aprelin 17-də “Çelsi” və “Kristal Pelas” arasında baş tutacaq.
İngiltərə kuboku, yarımfinal
16 aprel
Mançester Siti – Liverpul 2:3
Qol: Qriliş, 47. B.Silva, 90+1 – Konate, 9. Mane, 17; 45.
17 aprel
19:30. Çelsi – Kristal Pelas
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin