Klopp MS-in cəzasından danışdı: “Zaman hər şeyin dərmanı olacaq”
“Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin UEFA tərəfindən avrokuboklardan uzaqlaşdırılması haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan alman mütəxəssis MS-in cərimələnməsini eşidəndə təəccübləndiyini deyib:
“Deyəcəyim sadəcə futbol haqda ola bilər. Futbol meydanında etdikləri möhtəşəmdir. Meydandan kənar nələrin baş verdiyini bilmirəm.
Bildiyim qədəriylə etiraz etmək hüquqları var. Zaman hər şeyin dərmanı olacaq. “Mançester Siti” möhtəşəm komandadır və hər zaman da belə olacaq”.
UEFA “Mançester Siti”ni 2 mövsümlük avrokuboklardan uzaqlaşdırıb və 30 milyon avro cərimələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin