“Liverpul”la oyunu səbirsizliklə gözləyir

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 26-cı turunun “Liverpul”la oyunundan öncə danışıb.

Komanda.az “utdreport”-a istinadən xəbər verir ki, o, görüşü səbirsizliklə gözlədiyini bildirib:

“Düşünürəm ki, komandanın düşərgəsinə qayıdan futbolçuları “Liverpul”la oyunda görə bilərik. Luk Şounun qayıtmasını səbirsizliklə gözləyirik. Ceydon Sanço xəstələnmişdi. Onu da gözləyirik.

Matçı səbirsizliklə gözləyirəm. Çünki stadiondakı ab-hava əla olacaq. Bu amil bizim düşmənimiz kimi görünə bilər, amma bunu bəyənirik”.

“Liverpul” – “Mançester Yunayted” matçı bu gün, saat 20:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button