“Liverpul” Halandı necə “bağlayacaq”? – Kloppdan açıqlama

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə oyun ərəfəsində rəqibin hücumçusu Erlinq Haland haqda fikirlərini bölüşüb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, alman məşqçi, norveçli hücumçunu necə saxlamağın yollarını tapmağa çalışacaqlarını deyib:

“Dünyanın ən yaxşı hücumçusuna qarşı oynayanda, onun çox top almamasına əmin olmalısan. Bu, bizim üçün bir çağırışdır. “Mançester Siti” ilə oyunda Halandı daha çox oyunçu ilə bağlasaz, digər dünya səviyyəli oyunçular üçün yer açarsız. Bu problemdir və biz bunun həllini tapmağa çalışacağıq.

Erlinqlə “Zalsburq”da oynayanda görüşmüşdük. O, hətta indikindən də gənc idi, amma o zaman da potensialı nəzərə çarpırdı. Onda da biz onu necə bağlayacağımızı düşündük. Və yenə də qol vurdu! O, fizika baxımından yeni standartlar qoydu”.

“Liverpul” – “Mançester Siti” matçı oktyabrın 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button