“Liverpul” gürcü qapıçı üçün 40 milyon avro təklif edib
“Liverpul” “Valensiya”nın qapıçısı Georgi Mamardaşvili üçün təklifini yaxşılaşdırıb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, İngiltərə klubu gürcü qapıçı üçün təklifini 40 milyon avroya çatdırıb.
“Liverpul” yaxın gələcəkdə cavab alacağını gözləyir. Danışıqlar uzanarsa, o zaman qapıçının icarəyə götürüləcəyi “Bornmut” variantı nəzərdən keçirilməyə başlanacaq.
Mamardaşvili yaxşı çıxış etdiyi Avropa çempionatından sonra ona maraq artıb.
Gürcü qolkiperin İspaniya klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin