“Liverpul” milli üzvünü satdı

“Liverpul” klubu futbolçusu Liam Milları satıb.

Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını “Bazel”də davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Millar İsveçrə təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

“Bazel” yarımmüdafiəçi üçün Mersisayd klubuna 1,5 milyon avro ödəyib.

Kanada milli komandasının da üzvü olan Millar “Liverpul”un əsas komandası ilə bir oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button