Futbolçuların Kloppa verdiyi sual

“Liverpul”un baş məşqçisi Yurgen Klopp niderlandlı hücumçu Kodi Qakponun transferi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının UEFA Çempionlar Liqasındakı çıxışını da dəyərləndirib:

“Bu il Çempionlar Liqasını qazanmaq barədə zəmanət verə bilmərik. Bəzən futbolçular məndən soruşur: “Sizcə, gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana biləcəyik?”

Kodi turnir cədvəlinin neçənci pilləsində olduğumuzu görür. Verdiyi qərarın, bəlkə də, çətin olacağını bilirdi. Xoşbəxtəm ki, Qakpo bizimlədir. Bunun üçün sevinirəm. O, həmişə bizə kömək edəcək”.

“Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button