“Barselona” – “Liverpul” matçından əvvəl qalmaqal VİDEO

Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Liverpul” səfərdə “Barselona” ilə qarşılaşacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis azarkeşlər oyundan əvvəl qalmaqala səbəb olublar. Barselona şəhərindəki “Liverpul” azarkeşləri bir ispanı meydanda olan fəvvarəyə itələyib salıblar. İngilis azarkeşlər həmin görüntüləri çəkərək, sosial şəbəkədə yayıblar.

Bundan əlavə, Barselona polisi otel işçisinə hücum edən 6 “Liverpul” azarkeşini saxlayıb.

“Barselona” – “Liverpul” matçı bu gün, saat 23:00-da start götürəcək.

https://www.youtube.com/watch?v=WSlwjs33SHE
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button