“Liverpul”un zədəli futbolçusu geri dönüb

Alisson Bekker zədə səbəbindən “Liverpul”un “Bornmut” və “Vest Hem”lə son matçlarını buraxıb.

Komanda.az xəbər verir ki, komandanın baş məşqçisi Arne Slot mətbuat konfransında braziliyalı qapıçının vəziyyətini şərh edib:

“Biz düşünürük ki, Alisson geri qayıtmağa hazırdır. Dünən bizimlə məşq etdi. Onun bu gün tam məşq edəcəyini gözləyirik. Biz çox məmnunuq. Amma vurğulamaq istəyirəm ki, Koamin Kelleher əla iki oyun keçirdi. Bu onu göstərir ki, bəzi mövqelərdə iki və ya üç yaxşı variantımız var”.

“Liverpul” sentyabrın 28-də səfərdə “Vulverhempton”la Premyer Liqa oyununa çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button