Fransa klubunun futbolçusu vəfat etdi – Futbol oynarkən

Fransa Liqa 1 təmsilçisi “Reyms”in gənclərdən ibarət komandasının üzvü Məhəmməd Savan həyatını itirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

15 yaşlı Savanın ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Ölüm hadisəsi Savanla komanda yoldaşlarının futbol oynadığı zaman baş verib.

Savan “Reyms”in 15 yaşadək futbolçulardan ibarət komandasının formasını geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button